ABŞ kosmik keşikçilər formalaşdıracaq

ABŞ kosmik keşikçilər formalaşdıracaq Amerika Birləşmiş Ştatlarında kosmik keşikçilər dəstəsi (“guardians”) formalaşdırılacaq.
Digər ölkələr
532
19 Dekabr , 2020 03:41
ABŞ kosmik keşikçilər formalaşdıracaq

Amerika Birləşmiş Ştatlarında kosmik keşikçilər ("guardians"-red) yaradılacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Vitse-prezidenti Mayk Pens bildirib.

O, qeyd edib ki, ABŞ-ın Kosmik Qüvvələrinin hərbi qulluqçuları məhz belə adlandırılacaqlar.

"Mənim üçün ABŞ prezidenti adından elan etmək böyük şərəfdir ki, bundan sonra Birləşmiş Ştatların Kosmik Qüvvələrinə xidmət edən kişilər və qadınlar keşikçi adlandırılacaqlar", - Ağ Evdə Kosmik Qüvvələrin yaradılmasının 1 illiyi ilə əlaqədar keçirilən mərasimdə Pens bildirib.

Kosmik qoşunlar tvitterdə bildirib ki, bu ad yeni qoşun növünün daxilində və ictimaiyyət arasında yüzlərlə təklifin arasından seçilib.

Bu ad fantastik əsərlərə də qoyulur. Buna "Qalaqtikanın Keşikçiləri" super qəhrəmanları haqqında komikslər və seriallar misal ola bilər.

Son xəbərlər

Orphus sistemi