ABŞ-da koronavirusa yoluxanların sayı 50 milyon nəfəri keçib

ABŞ-da koronavirusa yoluxanların sayı 50 milyon nəfəri keçib Amerika Birləşmiş Ştatlarında (ABŞ) COVID-19-a infeksiyasına yoluxma hallarının sayı 50 milyonu keçib.
Digər ölkələr
14 Dekabr , 2021 03:38
ABŞ-da koronavirusa yoluxanların sayı 50 milyon nəfəri keçib

Amerika Birləşmiş Ştatlarında (ABŞ) COVID-19-a infeksiyasına yoluxma hallarının sayı 50 milyonu keçib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, eləcə də medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, ABŞ-da pandemiyanın başlanğıcından bu günə kimi qeydə alınan koronavirusa yoluxma hallarının sayı 50 062 033-ə çatıb. Qeyd edilir ki, Birləşmiş Ştatlarda pandemiya qurbanılarının sayı da artaraq 798 000 nəfərə yüksəlib.

Universitetin məlumatına görə, COVID-19-a yoluxma ilə bağlı ən pis vəziyyət Kaliforniya və Arizona ştatlarındadır.

ABŞ-da koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdədir.

Son xəbərlər

Orphus sistemi