ABŞ-da COVID-19 üçün götürülən analiz nümunələrinin 1 507 773-ü müsbət çıxıb.
“Report” “Worldometer” portalına istinadən xəbər verir ki, infeksiyanın yaratdığı xəstəlikdən 89 511 nəfər ölüb. Müalicə alan 339 232 xəstə sağalıb.
Hazırda 16 248 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 949 625 test aparılıb.