ABŞ-da koronavirus qurbanlarının sayı 5,1 min nəfəri ötdü

ABŞ-da koronavirus qurbanlarının sayı 5,1 min nəfəri ötdü ABŞ-da son sutka ərzində koronavirus infeksiyasından 1 243 nəfər ölüb.
Digər ölkələr
2 Aprel , 2020 07:14
ABŞ-da koronavirus qurbanlarının sayı 5,1 min nəfəri ötdü

ABŞ-da son sutka ərzində koronavirus infeksiyasından 1 243 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ölkədə virus qurbanlarının sayı 5 116 nəfər çatıb. Qeyd alınmış koronavirus daşıyıcılarının sayı hazırda 215 417 nəfərdir.

ABŞ-da virusdan ən çox ölüm halı Nyu-Yorkda qeydə alınıb - 1 374 nəfər.

Qeyd edək ki, ABŞ-da koronavirusa ilk yoluxma faktı yanvarın 21-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi