Bakı. 28 noyabr. REPORT.AZ/ Cümə günü axşam Kolorado-Sprinqs Ailə Planlaşdırılması Mərkəzinin binasında silahlı şəxs insanlara atəş açıb.
"Report" xəbər verir ki, son məlumatlara görə, insident nəticəsində 11 nəfər yaralanıb.
Onlardan altısı mülki şəxs, 5 nəfəri isə polis əməkdaşıdır. Asayiş keşikçiləri bir neçə saat ərzində canini zərərsizləşdirməyə çalışıblar, lakin sonradan o özü təslim olub.