ABŞ-da kimyəvi maddədən 1 nəfər ölüb
Bu barədə "Report" "FoxKTVU"ya istinadən xəbə verir.
Məlumata görə, hadisə San-Xose şəhərində, "Fairmont" otelində baş verib. Hadisə zamanı daha 9 nəfər də zərər çəkib.
Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, onlardan birinin səhhəti ağırdır.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Mütəxəssislər istifadə olunmuş kimyəvi preparatların eyniləşdirilməsi ilə məşğul olurlar.