ABŞ-da infeksiyadan ölənlərin sayı 140 mini keçdi

ABŞ-da infeksiyadan ölənlərin sayı 140 mini keçdi ABŞ-da COVID-19 virusuna 3 707023 nəfər yoluxub və 140 105 nəfər koronavirusun qurbanı olub.
Digər ölkələr
19 İyul , 2020 06:48
ABŞ-da infeksiyadan ölənlərin sayı 140 mini keçdi

ABŞ-da COVID-19 virusuna 3 707 023 nəfər yoluxub və 140 105 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, epidemiya başlayandan etibarən dünyada infeksiyaya 14 231 248 nəfər yoluxub, bunlardan 601 mindən çoxu vəfat edib, bir milyondan artığı isə sağalıb.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi