ABŞ-da ilk dəfə koronavirusun ən təhlükəli növü aşkarlandı

ABŞ-da ilk dəfə koronavirusun ən təhlükəli növü aşkarlandı Mütəxəssislər Koloradoda ilk dəfə koronavirusun yeni ştammına ilk yoluxmanı qeydə alıblar.
Digər ölkələr
30 Dekabr , 2020 02:41
ABŞ-da ilk dəfə koronavirusun ən təhlükəli növü aşkarlandı

Mütəxəssislər Koloradoda ilk dəfə koronavirusun yeni ştammına yoluxmanı qeydə alıblar.

“Report” “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə açıqlama ilə ştatın qubernatoru Cared Polis çıxış edib.

"Bu gün biz Koloradoda COVID-19-un Birləşmiş Krallıqda aşkar olunmuş yeni B.1.1.7 növünə birinci yoluxma halını qeydə aldıq", - o qeyd edib.

Qəzetin məlumatına görə, bu, virusun yeni ştammı ilə ABŞ-da birinci yoluxma hadisəsidir.

Daha əvvəl Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada, habelə digər ölkələrdə koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

Son xəbərlər

Orphus sistemi