ABŞ-da ildırım vurması nəticəsində 1 nəfər ölüb, daha 4-ü yaralanıb

ABŞ-da ildırım vurması nəticəsində 1 nəfər ölüb, daha 4-ü yaralanıb Hadisə Uayt-Sprinqs şəhərində baş verib
Digər ölkələr
8 Aprel , 2018 10:09
ABŞ-da ildırım vurması nəticəsində 1 nəfər ölüb, daha 4-ü yaralanıb

Bakı. 8 aprel. REPORT.AZ/ Birləşmiş Ştatlarda ildırım vurması nəticəsində 23 yaşlı qadın həyatını itirib, daha 4 nəfər isə xəsarət alıb.

"Report" CNN telekanalına istinadən xəbər verir ki, hadisə aprelin 7-də Uayt-Sprinqs şəhərində (Florida ştatı) baş verib.

Telekanalın məlumatına görə, göy gurultusu zamanı 5 nəfər treylerdə gizlənib. Həmin məqamda ildırım metal avanadlığı vurub ki, nəticədə də qadın ölüb, qalan 4 nəfər isə xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi