ABŞ-da iki məhəllə arasında atışma olub, 6 nəfər yaralanıb

ABŞ-da iki məhəllə arasında atışma olub, 6 nəfər yaralanıb İstintaq başlayıb, polis iki hadisə arasında əlaqəni də araşdırır
Digər ölkələr
3 Oktyabr , 2016 15:24
ABŞ-da iki məhəllə arasında atışma olub, 6 nəfər yaralanıb

Bakı. 3 oktyabr.REPORT.AZ/ ABŞ-ın Minnesote ştatının Minneapolis şəhərində baş verən atışma nəticəsində birinin vəziyyəti ağır olmaqla 6 nəfər yaralanıb.

"Report" CNN telekanalına istinadən xəbər verir ki, hadisə oktyabrın 3-də iki məhəllədə yaşayanlar arasında qeydə alınıb.

Atışanlar bir məhəllədən o birinə atəş açıb.

Məlumata görə, eyni gündə şəhərin başqa hissəsində də atışma qeydə alınıb.

İstintaq başlayıb, eyni zamanda polis iki hadisə arasında əlaqəni araşdırır.

Son xəbərlər

Orphus sistemi