ABŞ-da helikopter qəzasında dörd nəfər ölüb

ABŞ-da helikopter qəzasında dörd nəfər ölüb ABŞ-ın Vircin adaları yaxınlığında helikopter qəzası baş verib
Digər ölkələr
16 Fevral , 2021 08:20
ABŞ-da helikopter qəzasında dörd nəfər ölüb

ABŞ-ın Vircin adaları yaxınlığında helikopter qəzası baş verib.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Hadisə Sent-tomas adasının qərb ucunda qeydə alınıb.

Xilasedicilər hadisə yerində dörd cəsəd aşkar ediblər. Ölənlərin şəxsiyyəti, helikopterin kimə məxsus olması və qəzanın mümkün səbəbi barədə məlumat hələ verilməyib.

Son xəbərlər

Orphus sistemi