ABŞ-da helikopter qəzası zamanı 6 nəfər həlak olub

ABŞ-da helikopter qəzası zamanı 6 nəfər həlak olub ABŞ-da şəxsi “Bell UH-1B” helikopteri Qərbi Virciniya ştatının Loqan qraflığında qəzaya uğrayıb.
Digər ölkələr
23 İyun , 2022 06:57
ABŞ-da helikopter qəzası zamanı 6 nəfər həlak olub

ABŞ-da şəxsi “Bell UH-1B” helikopteri Qərbi Virciniya ştatının Loqan qraflığında qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə WBOY telekanalı məlumat yayıb. Hadisə zamanı təyyarənin göyərtəsində olan altı nəfərin hamısı həlak olub.

Məlumata görə, yerli vaxtla saat 17:00 radələrində (23 iyun Bakı vaxtı ilə saat 01:00) helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidmətləri hadisə yerinə əraziyə cəlb edilib, magistral yol bağlanıb.

Qəzanın səbəbi hələ məlum deyil. Hadisə ilə bağlı FAA (Federal Aviasiya Administrasiyası) və Nəqliyyatda Milli Təhlükəsizlik Şurası araşdırma aparacaq.

Son xəbərlər

Orphus sistemi