ABŞ-da helikopter göydələnə təcili eniş edib, ölən və xəsarət alan var - VİDEO - FOTO - YENİLƏNİB
- 10 iyun, 2019
- 18:45
ABŞ-da helikopter göydələnə təcili eniş etməsi nəticəsində 1 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə CBS məlumat yayıb. Həmin şəxsin helikopterin pilotu olduğu bildirilir. Hadisədən sonra ərazidə yanğın baş verib.
Qeyd edək ki, hadisə Nyu-Yorkda qeydə alınıb. Helikopter 54 mərtəbəli ofis binasının damına enib. WNBC-in məlumatına görə, hadisə zamanı 1 nəfər xəsarət alıb.
***22:23
ABŞ-da helikopter göydələnə təcili eniş edib.
"Report" WNBC-yə istinadən xəbər verir ki, hadisə Nyu-Yorkda qeydə alınıb.
Məlumata görə, helikopter 54 mərtəbəli ofis binasının damına enib. Nyu-Yorkun Yanğınsöndürmə İdarəsinin yaydığı məlumatda qeyd edilir ki, idarənin əməkdaşları "Yeddinci avenyu, 787" ünvanına cəlb ediliblər.
İlkin məlumata görə, hadisə zamanı azı 1 nəfər xəsarət alıb.
Video of smoke rising from the roof of a building in Manhattan after a helicopter made a hard landing on the roof and caught fire#Manhattan #NewYork pic.twitter.com/5QFgLUKu44
— CNW (@ConflictsW) June 10, 2019
I don’t see any helicopter in midtown Manhattan but I def heard something rumble a little while ago pic.twitter.com/aQYzC0efNt
— Dominic Cholewa I (@PlantBasedPapii) June 10, 2019