ABŞ-da güclü yanğın olub, ölənlər və xəsarət alanlar var - FOTO
- 21 dekabr, 2019
- 19:37
ABŞ-ın Las-Veqas şəhərində güclü yanğın olub.
"Report" xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidmətinin "Twitter"dəki səhifəsində məlumat yayılıb.
Məlumata görə, "Alpine Motel Apartments" motelində baş verən yanğın nəticəsində azı 5 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb.
Qeyd edilir ki, yanğın gecə, motelin üçmərtəbəli binasında baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər binanın ikinci mərtəbənin pəncərələrindən sallanan bir neçə nəfəri aşkarlayıblar, daha bir neçə nəfər binadan tullanıb.
Əvvəlcə hadisə zamanı dördnəfərin həlakolduğu,yeddinəfərin zərər çəkdiyibildirilib. Sonra ölənlərin sayı 5 nəfərə çatıb. Xəsarət alanlardan 4-ü ağır vəziyyətdədir.
Yanğının başvermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.