ABŞ-da gecə klubunda atışma olub, 7 nəfər yaralanıb

Digər ölkələr
  • 29 oktyabr, 2018
  • 13:41
ABŞ-da gecə klubunda atışma olub, 7 nəfər yaralanıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Riversayd şəhərindəki gecə klubunda atışma baş verib, 7 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisdən bildiriblər.

Hadisə "Sevilla" gecə klubunda Hellouinin qeyd edilməsi şənliyində baş verib.

Odlu silahdan açılan atəşlə yaralananlar xəstəxanaya yerləşdirilib.