ABŞ-da fabrikdə partlayış zamanı 2 nəfər ölüb, 9 nəfər itkin düşüb - YENİLƏNİB

ABŞ-da fabrikdə partlayış zamanı 2 nəfər ölüb, 9 nəfər itkin düşüb - YENİLƏNİB ABŞ-ın Pensilvaniya ştatlnda “R.M. Palmer Company” şirkətinin şokolad fabrikində baş verən partlayış və daha sonra yanğın nəticəsində 6 nəfər xəsarət alıb.
Digər ölkələr
25 Mart , 2023 08:37
ABŞ-da fabrikdə partlayış zamanı 2 nəfər ölüb, 9 nəfər itkin düşüb - YENİLƏNİB

ABŞ-ın Pensilvaniya ştatının Uest-Redinq şəhərindəki “R.M. Palmer Company” şirkətinin şokolad fabrikində baş verən partlayış və yanğın zamanı azı 2 nəfər ölüb, daha 9 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Zavodun binasının uçduğu, qonşu binaya da ziyan dəydiyi qeyd edilir.

Uest Redinq xəstəxanasının sözçüsü bildirib ki, hadisə nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib.

07:05

ABŞ-ın Pensilvaniya ştatında “R.M. Palmer Company” şirkətinin şokolad fabrikində baş verən partlayış və daha sonra yanğın nəticəsində 6 nəfər xəsarət alıb.

"Report" NBC 10-a istinadən xəbər verir ki, fabrikdə insident yerli vaxtla təxminən saat 17:00-da (Bakı vaxtı ilə saat 01:00 - red.) qeydə alınıb. Hazırda yanğınsöndürənlər hadisənin fəsadlarını aradan qaldırmağa davam edir.

Eyni zamanda, şəhər xəstəxanası altı nəfərin təcili yardım nəticəsində xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi