ABŞ-da “Əl-Qaidə”nin nümayəndəsi olduğu güman edilən şəxs tutulub

ABŞ-da “Əl-Qaidə”nin nümayəndəsi olduğu güman edilən şəxs tutulub ABŞ-ın Arizona ştatının Finiks şəhərində “Əl-Qaidə” terrorçu təşkilatının İraqdakı şəbəkəsinin başçılarından biri olduğu güman edilən şəxs saxlanılıb.
Digər ölkələr
1 Fevral , 2020 10:38
ABŞ-da “Əl-Qaidə”nin nümayəndəsi olduğu güman edilən şəxs tutulub

ABŞ-ın Arizona ştatının Finiks şəhərində “Əl-Qaidə” terrorçu təşkilatının İraqdakı şəbəkəsinin başçılarından biri olduğu güman edilən şəxs saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Arizona prokurorluğunun açıqlamasına görə, İraq hökumətinin sorğusu əsasında tutulan 42 yaşlı Yusif Əhməd əl-Nuri məhkəmə qarşısına çıxarılıb.

Yusif Əhməd əl-Nuri İraqda 2006-cı ildə iki polis əməkdaşını qətlə yetirməkdə təqsirkar bilinir.

Son xəbərlər

Orphus sistemi