ABŞ-da daşqınlar zamanı ölənlərin sayı artıb

ABŞ-da daşqınlar zamanı ölənlərin sayı artıb ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Digər ölkələr
1 Avqust , 2022 05:38
ABŞ-da daşqınlar zamanı ölənlərin sayı artıb

ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Ştatın qubernatoru Endi Beşir ölənlərin sayının artdığını bildirib, həmçinin bir çox şəhərlərdə böyük dağıntıların baş verdiyini qeyd edib. “Ölənlərin sayı 26-ya çatıb və artmaqda davam edəcək. Dağıntılar irimiqyaslıdır, çoxlu sayda ailə evlərini itirib və yaxın günlərdə daha çox yağıntı gözlənilir”, - o deyib.

ABŞ Prezidenti Cozef Bayden leysan yağışların səbəb olduğu daşqını təbii fəlakət adlandırıb. Dövlət başçısı qeyd edib ki, Kentukkiyə federal yardım göstərmək barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi