ABŞ-da daha bir atışma olub, xəsarət alanlar var

ABŞ-da daha bir atışma olub, xəsarət alanlar var ABŞ-ın Texas ştatında atışma olub.
Digər ölkələr
21 İyun , 2020 16:57
ABŞ-da daha bir atışma olub, xəsarət alanlar var

ABŞ-ın Texas ştatında atışma olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli təcili yardım xidməti özünün “Twitter”dəki səhifəsində bildirib.

Qeyd edilir ki, hadisə Ostin şəhərində baş verib. Atışma zamanı azı 5 nəfər xəsarət alıb. 

Yaralılar xəstəxanaya çatdırılıb. Məlumata görə, onlar arasında uşaq yoxdur. Zərərçəkənlərin xəsarətləri ağır qiymətlənidirilir.

Hadisə yerində təhqiqat aparılır. 

Qeyd edək ki, bu, ABŞ-da ikinci silahlı insidentdir. Daha bir hadisə Minnesot ştatının Minneapolis şəhərində qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi