Yuxarı

​ABŞ-da bu il 24-cü cinayətkar edam olunub

Hökm ölümcül inyeksiya yolu ilə icra edilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Çərşənbə günü ABŞ-ın Texas ştatında 2001-ci ildə polis əməkdaşını qətlə yetirməkdə ittiham olunan cinayətkar edam edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, hökm ölümcül inyeksiya yolu ilə icra olunub.

Bu, il ərzində ABŞ-da həyata keçirilən 24-cü, Texasda isə 12-ci edamdır.

33 yaşlı Liço Eskamilya barəsində ən yüksək cəza tədbiri onun 2001-ci ilin noyabrında gecə klubu qarşısında dava salması və onları ayırmağa gələn dörd polis əməkdaşına qarşı odlu silah tətbiq etməsinə görə seçilib. Atəş nəticəsində bir polis nəfəri ölüb, ikincisi ağır yaralanıb. Eskamilya soyuqqanlı şəkildə birinciyə yaxınlaşaraq onun başına daha üç dəfə atəş açıb, sonra isə hadisə yerindən qaçmağa çalışıb.

Cani ölüm hökmünə 2002-ci ilin oktyabrında məhkum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi