ABŞ-da bir gündə koronavirusdan 865 nəfər öldü - YENİLƏNİB

ABŞ-da bir gündə koronavirusdan 865 nəfər öldü - YENİLƏNİB ABŞ-da son gün ərzində koronavirusdan ölənlərin sayı 860-ı ötüb.
Digər ölkələr
1 Aprel , 2020 06:09
ABŞ-da bir gündə koronavirusdan 865 nəfər öldü - YENİLƏNİB

ABŞ-da son gün ərzində koronavirusdan ölənlərin sayı 860-ı ötüb.

“Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, ölkədə 24 saat ərzində 865 insan dünyasını dəyişib. Qeyd edək ki, bu, Birləşmiş Ştatlar üçün rekord göstəricidir.

Birləşmiş Ştatlarda COVID-19-dan ölənlərin ümumi sayı 3 873 nəfərə çatıb. Universitet bildirib ki, ABŞ-da koronavirusa yoluxanların sayı 188 minə çatıb.

Epidemiyanın başlanğıcından ilk dəfədir ABŞ-da bir gün ərzində 700-dən çox insan ölüb.

AFP agentliyi isə bildirib ki, bir gün ərzində koronavirusdan dünyada ən böyük ölüm sayı İtaliyada qeydə alınıb. Martın 27-də bu ölkədə 24 saat ərzində 969 nəfər təhlükəli virusun qurbanı olub. 


***02:03

ABŞ-da yeni koronavirusun səbəb olduğu xəstəlikdən bir gün ərzində 700-dən çox insan ölüb.

“Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan CNN teleşirkəti bildirib.

Qeyd edilir ki, bir gün ərzində Birləşmiş Ştatlarda 770 nəfər epidemiyanın qurbanı olub. ABŞ-da COVD-19 infeksiyasından ölənlərin sayı 3 774 nəfərə çatıb.

Eyni zamanda federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti də bildirib ki, ABŞ-da 184,1 min koronavirusa yoluxma qeydə alınıb, 3 721 nəfər ölüb. Ölkədə virusa yoluxmuş 6 043 nəfər sağalıb. Beləliklə, ABŞ-da koronavirusdan ölənlərin sayı Çini ötüb. 

Xatırladaq ki, dünyada koronavirusdan ölənlərin sayı 36 405, yoluxanların sayı 750 890 nəfərdir.

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib. 

Son xəbərlər

Orphus sistemi