ABŞ-da Baydenin oğlu ilə bağlı vergi araşdırmasına başlanılıb

ABŞ-da Baydenin oğlu ilə bağlı vergi araşdırmasına başlanılıb ABŞ-da Delaver ştatının Prokurorluğu mümkün vergi pozuntularına görə ABŞ prezidenti Cozef Baydenin oğlu Hanterin gəlir mənbələri, o cümlədən Ukraynadakı işi ilə bağlı ilkin araşdırma aparır.
Digər ölkələr
29 Mart , 2022 03:19
ABŞ-da Baydenin oğlu ilə bağlı vergi araşdırmasına başlanılıb

ABŞ-da Delaver ştatının Prokurorluğu mümkün vergi pozuntularına görə ABŞ prezidenti Cozef Baydenin oğlu Hanterin gəlir mənbələri, o cümlədən Ukraynadakı işi ilə bağlı ilkin araşdırma aparır.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, prokurorluq nümayəndələri son həftələrdə Hanter Baydenin keçmiş tərəfdaşlarına fəal surətdə sorğular göndərirlər. Söhbət, xüsusən, ABŞ prezidentinin oğlunun 2010-cu illərin ortalarında Ukraynanın “Burisma Holdings” enerji şirkətindən aldığı pullardan, eləcə də bu vəsaitlərin istiqraz paketlərinin alınmasına sərf edilməsindən gedir.

Xatırladaq ki, 2014-2015-ci illərdə Hanter Bayden “Burisma”nın direktorlar şurasında olub, vasitəçilik, konsaltinq və lobbiçilik xidmətləri üçün ayda təxminən 50 000 ABŞ dolları alıb.

İstintaq hələ ki, ilkin mərhələdədir. Toplanmış sübutlar, əgər təminat olarsa, ittihamların irəli sürülməsinin mümkün olub-olmamasına qərar verən federal böyük münsiflər heyətinə təqdim edilə bilər. Lakin hazırda belə bir ehtimal hipotetik olaraq qalır, qəzet bu istiqamətdə konkret planlar barədə məlumat vermir.

Son xəbərlər

Orphus sistemi