Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-ın Miçiqan ştatında silahlı insident baş verib.
"Report"un məlumatına görə, bu barədə "Wood TV8" telekanalı xəbər yayıb.
Məlumata görə, hadisə Qrand-Rapis rayonunun "Clearance Outlet" adlı ticarət mərkəzində baş verib. Belə ki, naməlum şəxs ticarət mərkəzindəki insanlara atəş açıb.
Nəticədə 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Hadisəni törətmiş cinayətkar qaçmağa müvəffəq olub.
Əraziyə çoxlu sayda polis cəlb olunub.