ABŞ-da "B-52" bombardmançısının mühərriki uçuş zamanı düşüb

ABŞ-da "B-52" bombardmançısının mühərriki uçuş zamanı düşüb Hadisə Şimali Dakota ştatında HHQ-nin "Minot" hərbi bazası ərazisində təlim-məşq uçuşu zamanı baş verib
Digər ölkələr
5 Yanvar , 2017 12:05
ABŞ-da B-52 bombardmançısının mühərriki uçuş zamanı düşüb

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-ın "B-52" çoxməqsədli ağır ən-uzaq-məsafəli qitələrarası strateji bombardmançı-raketdaşıyanı ölkənin şimalında uçuş həyata keçirərkən mühərriklərindən biri yerindən çıxaraq aşağı düşüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Şimali Dakota ştatında Hərbi Hava Qüvvələrinin "Minot" hərbi bazası ərazisində təlim-məşq uçuşu zamanı baş verib. Göyərtəsində 5 ekipaj üzvü olan təyyarənin ümumilikdə 8 mühərriki olduğundan onu uğurla yerə endirmək mümkün olub.

Mühərrikin dağılmış hissələri "Minot" bazasından 40 km şimal-şərqdə tapılıb.

Ekspertlər hadisənin başvermə səbəbini araşdırır. 

Son xəbərlər

Orphus sistemi