ABŞ-da avtomobilin partlaması nəticəsində 3 nəfər ölüb

ABŞ-da avtomobilin partlaması nəticəsində 3 nəfər ölüb Bakı. 1 oktyabr. REPORT.AZ/ Amerikanın Pensilvaniya ştatında avtomobilin partlaması nəticəsində 3 nəfər ölüb.
Digər ölkələr
1 Oktyabr , 2018 03:22
ABŞ-da avtomobilin partlaması nəticəsində 3 nəfər ölüb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Amerikanın Pensilvaniya ştatında avtomobilin partlaması nəticəsində 3 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən "NBC News" telekanalı məlumat yayıb.

Partlayış sentyabrın 30-da Allentaunda baş verib.

"Cinayətkarın hadisə nəticəsində öldürüldüyünə inamımız yüksəkdir", - deyə Lihay dairəsinin prokuroru Ceyms Martin bildirib.

Yerli polsin məlumatına görə, artıq rayon sakinlərinin həyatı üçün bir təhlükə yoxdur.

Son xəbərlər

Orphus sistemi