ABŞ-da avtomobil dayanacağa girib, xəsarət alanlar var

Digər ölkələr
  • 01 noyabr, 2018
  • 15:39
ABŞ-da avtomobil dayanacağa girib, xəsarət alanlar var

Bakı. 1 noyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatının Tampa şəhərində sürücü avtomobilini yüksək sürətlə məktəb avtobusunun dayanacağına sürüb.

“Report” “ABC News”ə istinadən xəbər verir ki, nəticədə dayanacaqda avtobus gözləyən beş nəfər, o cümlədən üç azyaşlı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Sürücü polis tərəfindən saxlanılıb.