ABŞ-da atışma zamanı onlarla insan yaralanıb, ölən var

ABŞ-da atışma zamanı onlarla insan yaralanıb, ölən var ABŞ-ın Arkanzas ştatında atışma olub.
Digər ölkələr
21 Mart , 2022 08:04
ABŞ-da atışma zamanı onlarla insan yaralanıb, ölən var

ABŞ-ın Arkanzas ştatında atışma olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Dumas şəhərində qeydə alınıb. Avtomobil sərgisində baş verən silahlı insident zamanı azı 1 nəfər ölüb, aralarında uşaqların da olduğu 24 nəfərin yaralanıb.

Arkanzas polisindən verilən açıqlamada hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığı bildirilib. Qeyd edilir ki, kütləyə atəş açmaqda şübhəli bilinən digər şəxslər axtarılır.

Polis yaralananların səhhəti barədə məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi