Çikaqoda atışma zamanı 14 nəfər yaralanıb - YENİLƏNİB

Çikaqoda atışma zamanı 14 nəfər yaralanıb - YENİLƏNİB ABŞ-ın İllinoys ştatında atışma olub.
Digər ölkələr
22 İyul , 2020 06:20
Çikaqoda atışma zamanı 14 nəfər yaralanıb - YENİLƏNİB
0 : 00
0 : 00

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində baş verən atışma zamanı xəsarət alanların sayı 14 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə NBC "Chicago" telekanalı polis rəsmisi Erik Karterə istinadən xəbər verib. 

Qeyd edilir ki, yaralılar şəhərin 5 ayrı-ayrı xəstəxanalarına yerləşdirilib və onlara tibbi yardım göstərilib. 

Hadisə Çikaqonun cənub hissəsində qeydə alınıb. Naməlum şəxslərin açdığı atəş nəticəsində bir neçə nəfər yaralanıb. 

04:52

ABŞ-ın İllinoys ştatında atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Chicago Tribune" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. 

Qeyd edilir ki, hadisə Çikaqonun cənub hissəsində qeydə alınıb. Naməlum şəxslərin açdığı atəş nəticəsində azı 9 nəfər yaralanıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların çoxu ağır vəziyyətdədir. 

ABC 7 telekanalı isə hadisə zamanı azı 11 nəfərin xəsarət aldığını bildirib. Qeyd edilir ki, onlardan 9-nun vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi