ABŞ-da atışma zamanı azı 4 nəfər öldürülüb, xəsarət alanlar var

ABŞ-da atışma zamanı azı 4 nəfər öldürülüb, xəsarət alanlar var ABŞ-ın Pensilvaniya ştatında, Filadelfiya şəhərinin cənub-qərbində baş verən atışma nəticəsində azı 4 nəfər ölüb.
Digər ölkələr
4 İyul , 2023 06:34
ABŞ-da atışma zamanı azı 4 nəfər öldürülüb, xəsarət alanlar var

ABŞ-ın Pensilvaniya ştatında, Filadelfiya şəhərinin cənub-qərbində baş verən atışma nəticəsində azı 4 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə polisə istinadən “ABC News” telekanalının yerli bölməsi məlumat yayıb.

Qeyd olunur ki, hadisə zamanı yetkinik yaşına çatmayanlar da daxil olmaqla ümumilikdə 8 nəfər güllə yarası alıb.

Polis cinayətdə şübhəli bilinən şəxsi saxlayıb.

Hadisənin səbəbləri və zərərçəkənlərin vəziyyəti barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi