Bakı. 26 fevral. REPORT.AZ/ Amerikanın Kanzas ştatında yerləşən "Excel Industries" müəssisəsində atışma zamanı ən azı 4 nəfər ölüb.
"Report" CBSN-ə istinadən xəbər verir ki, ölənlərin sayı çox ola bilər, lakin bu hələ öz təsdiqini tapmayıb.
Polisin məlumatına görə, atəş açan şəxs güllələnib. Atışma zamanı 14 nəfər yaralanıb.
Hadisə qurbanlarının hamısı Hesston şəhərində yerləşən müəssisənin işçiləridirlər.