ABŞ-da naməlum şəxslər insanları atəşə tutub, 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb

ABŞ-da naməlum şəxslər insanları atəşə tutub, 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb ABŞ-ın paytaxtı Vaşinqtonun şimal-qərbində baş vermiş atışma zamanı 3 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.
Digər ölkələr
131
5 Sentyabr , 2021 07:02
ABŞ-da naməlum şəxslər insanları atəşə tutub, 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb

ABŞ-ın paytaxtı Vaşinqtonun şimal-qərbində baş vermiş atışma zamanı 3 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Kolumbiya dairəsinin Polis İdarəsinin rəhbəri Robert Konti məlumat verib.

“Atışma zamanı 3 nəfər həlak olub. Daha 3 nəfər xəsarət alıb, onların həyatı üçün təhlükə yoxdur”, - deyə o bildirib.

Qeyd edilir ki, hadisə axşam olub. Naməlum şəxslər avtomobildən düşərək, ətrafdakılara atəş açıblar, sonra isə gizləniblər.

"Bu sadəcə sarsıdır. Biz çoxdan odlu silahın tətbiqi ilə zorakılıq problemi haqqında danışırıq”, - Konti qeyd edib.

“Bilirik ki, bu problem Vaşinqton üçün unikal deyil, amma düşünürəm ki, bu, bizim cəmiyyətimizdə müşahidə edilən xəstəlikdir. Bu xəstəlik - silahın tətbiqi ilə zorakılıqdır, bizdə belə cinayətləri törədən insanlar var", - Konti qeyd edib.

O, cinayətkarlar haqqında informasiya verənə 75 min ABŞ dolları məbləğində mükafat vəd verib.

Son xəbərlər

Orphus sistemi