ABŞ-da atışma olub: ölən və yaralananlar var

ABŞ-da atışma olub: ölən və yaralananlar var Polis hadisə ilə bağlı araşdırma aparır
Digər ölkələr
30 Oktyabr , 2017 00:42
ABŞ-da atışma olub: ölən və yaralananlar var
"Anadolu"

Bakı. 30 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kolorado-Sprinqs şəhərində atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" polisə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə yerli parkda və şəhər evlərinin birindəki şənlik mərasimində baş verib. Hadisə zamanı bir yeniyetmə ölüb, daha beş nəfər xəsarət alıb.

Polis faktla bağlı araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi