ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var

ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var ABŞ-ın Ayova ştatının Uoterlu şəhərində baş vermiş atışma zamanı 1 nəfər həlak olub.
Digər ölkələr
27 Sentyabr , 2020 06:23
ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var

ABŞ-ın Ayova ştatının Uoterlu şəhərində baş vermiş atışma zamanı 1 nəfər həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin polis şefi Coel Fisdjerald keçirdiyi mətbuat konfransında bildirib.  

O, qeyd edib ki, şəhərin mərkəzi hissəsində qeydə alınan hadisə zamanı daha 11 nəfər xəsarət alıb. Coel Fisdjeraldin sözlərinə görə, "1 nəfər aldığı güllə yarasından ölüb". Yaralılardan 8-i odlu silahdan açılan atəş nəticəsində güllə xəsarətləri alıb. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır. 

Polisin şefinin qeyd etdiyi kimi, "atışmaya hansısa münaqişə səbəb olub". Binada motosikletçilər klublarının üzvlərinin toplaşdığı ehtimal edilir.

Fisdjerald deyib ki, çoxsaylı şahidlər var.
 

Son xəbərlər

Orphus sistemi