ABŞ-da atışma zamanı 9 polis və mülki şəxs yaralanıb

Digər ölkələr
  • 11 fevral, 2022
  • 19:00
ABŞ-da atışma zamanı 9 polis və mülki şəxs yaralanıb

ABŞ-ın Feniks şəhərində atışma nəticəsində yaralananların sayı 10 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Fox 10" telekanalı polisə istinadən xəbər verir.

Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs ölüb.
Telekanal qeyd edib ki, atışma zamanı doqquz polis əməkdaşı və bir qadın yaralanıb. 

19:27

ABŞ-ın Feniks şəhərində (Arizona ştatı) atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Fox 10" telekanalı məlumat yayıb.

İnsident zamanı azı beş polis əməkdaşı və bir yerli sakin yaralanıb.

Qeyd olunur ki, hadisə polisin evlərdən birində atışma olması ilə bağlı çağırışa gəldiyi zaman baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdə, şübhəli şəxs yenidən atəş açıb. Bəzi polis əməkdaşları uşağı hadisənin baş verdiyi evdən təhlükəsiz yerə köçürmək istəyərkən güllələnib.

Son xəbərlər

Bütün Xəbər Lenti