ABŞ-da atışma, ölən və yaralılar var

ABŞ-da atışma, ölən və yaralılar var ABŞ-ın Merilend ştatının Baltimor şəhərində atışma baş verib.
Digər ölkələr
17 İyun , 2021 05:26
ABŞ-da atışma, ölən və yaralılar var

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində atışma baş verib.

“Report” xəbər verir ki, bu barədə “Baltimor Sun” qəzeti yerli polisə istinadən məlumat yayıb.

Polisin verdiyi məlumata görə, iki-üç naməlum şəxs odlu silahdan atəş açıb, daha sonra hadisə yerindən qaçıblar.

Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Onların vəziyyəti isə ağır qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi