ABŞ-da Ağ Evin baş məsləhətçisi dindirilib
Digər ölkələr
- 10 noyabr, 2017
- 11:33
Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ-da xüsusi prokuror Robert Müllerin komandası "Rusiya işi"nin araşdırılması çərçivəsində Ağ Evin baş məsləhətçisi Stiven Milleri dindirib.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, Stiven Millerin Federal Təhqiqatlar Bürosunun keşmiş rəhbəri Ceyms Kominin işdən çıxarılması ilə bağlı məsələdə rolu olub.
Eyni zamanda ABŞ prezidentinin xarici siyasət üzrə müşaviri Corc Papadopulosun rusiyalı rəsmilərlə görüş təşkil etmək təklifinin müzakirə edildiyi yığıncaq məsələsi müzakirə olunub. Müşavir S.Miller də dindirilmədə iştirak edib.
ABŞ KİV-i Trampın bu ilin əvvəlində C.Komini vəzifəsindən azad etmək istəyini izah etməsiylə bağlı qeydi qələmə alarkən S.Millerin ona yardım göstərdiyini iddia edir.
Son xəbərlər
14:38
Naxçıvanda 250 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb
Hadisə14:38
Foto
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar
Qarabağ14:32
11 sentyabr - 25 il ərzində dəyişən dünya və güc balansı – ŞƏRH
Analitika14:31
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək
Region14:28
Rasim Balayevin qəbirüstü abidəsini Xalq rəssamı Natiq Əliyev hazırlayır
Mədəniyyət siyasəti14:28
Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib
Digər ölkələr14:26
Aqrar texnika ilə bağlı məlumatlar "Elektron kənd təsərrüfatı" informasiya sisteminə daxil ediləcək
ASK14:24
Böyük Britaniyanın Azərbaycandakı səfiri Qarabağa ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb
Qarabağ14:21