Yuxarı
    Bağlamaq

    ABŞ-da 6,8 bal gücündə zəlzələ baş verib

    Yeraltı təkanların mərkəzi Kaliforniya ştatının Ferndeyl şəhərindən 165 kilometr qərbdə olub

    Bakı. 8 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

    “Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

    Yeraltı təkanların episentri Ferndeyl şəhərindən 165 kilometr qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. 

    Hazırda dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb. Sunami təhlükəsi barədə xəbərdarlıq elan olunmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi