Yuxarı

ABŞ-da 5,6 bal gücündə zəlzələ olub

Dağıntı və tələfat haqda məlumat verilməyib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bu gün ABŞ-ın mərkəzi hissəsində, Oklahoma ştatında 5,6 bal gücündə zəlzələ olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanlar ştatın Pauni şəhərinin şimal-qərbinin 14-cü kilometrliyində qeydə alınıb.

Məlumata görə, yeraltı təkanların ocağı 6,6 km dərinikdə yerləşib.

Dağıntı və tələfat haqda məlumat verilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi