ABŞ-ın Kolorado ştatının Denver şəhərində 29 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
"Report" "Assosiated Press"ə istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, daha 6-sı xəsarət alıb.
Bildirilir ki, qəza yük avtomobilinin idarəetmədən çıxaraq yolun sıx hissəsində hərəkətdə olan 28 avtomobildən ibarət karvana çırpılıb. Yol qəzası nəticəsində partlayış və yanğın baş verib.
Qəzaya səbəb olan 23 yaşlı sürücü Sam Mendes həbs olunub.