ABŞ-da 2 polis zabiti güllələnərək öldürülüb

ABŞ-da 2 polis zabiti güllələnərək öldürülüb Daha 1 polis əməkdaşı yaralanıb
Digər ölkələr
9 Oktyabr , 2016 09:58
ABŞ-da 2 polis zabiti güllələnərək öldürülüb

Bakı. 9 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Palm-Sprinqs şəhərində iki polis zabiti güllələnib.

"Report"un məlumatına görə, bu barədə "BBC" xəbər yayıb.

Məlumata görə, hadisə asayiş keşikçilərinin ailə qarşıdurmasını həll etmək istədikləri vaxt baş verib. Ailə üzvlərindən biri asayiş keşikçilərinə odlu silahdan atəş açıb.

Hazırda hüquq-mühafizə orqanları polis zabitlərini güllələmiş şəxsi axtarırlar.

Hadisə zamanı 1 polis əməkdaşı yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi