ABŞ-da 100 mindən çox insan Corc Sorosun terrorçu elan olunmasını dəstəkləyib

Digər ölkələr
  • 02 sentyabr, 2017
  • 07:09
ABŞ-da 100 mindən çox insan Corc Sorosun terrorçu elan olunmasını dəstəkləyib
AP/George Soros

Bakı. 2 sentyabr. REPORT.AZ/ Milyarder Corc Sorosun terrorçu elan olunması və bütün əmlakının əlindən alınması ilə bağlı Ağ evin saytında yaradılan petisiyanı 100 mindən çox adam imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Ağ evin ixtisaslaşmış veb-platformasının məlumatları bu həddə dünən çatıldığını göstərir.

Administartasiyanın sənədə reaksiya verməsi üçün məhz 100 min imza həddi müəyyənləşdirilib.

"Corc Sorosun qəsdən və daimi əsasda qeyri-sabitlik yaratmağa və ya Birləşmiş Ştatlara və onun vətəndaşlarına qarşı başqa zorakılıq aktları tətbiq etməyə cəhd göstərdiyini nəzərə alaraq, ABŞ-ın federal hökuməti və Ədliyyə Nazirliyi dərhal Corc Sorosu və onun təşkilatının bütün üzvlərini terrorçu elan edib, qanun çərçivəsində onun və onun strukturlarının bütün aktivlərini əlindən almalıdır", - petisiyanın mətnində deyilir.

Qeyd edək ki, C.Soros "Soros Fund Management" Fondunun təsisçisidir və dünyanın ən zəngin insanları sırasında yer alır. "Forbes" onun var-dövlətini 25 milyard dollar səviyyəsində qiymətləndirir.

Son xəbərlər

Bütün Xəbər Lenti