ABŞ Çinə qarşı rüsumları uzun müddət saxlamaq niyyətindədir
Digər ölkələr
- 20 mart, 2019
- 22:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Çinə qarşı ticarət rüsumlarını ləğv etmək məsələsini deyil, onları "əhəmiyyətli bir dövr ərzində" saxlamağı nəzərdən keçirir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Trampın fikrincə, rüsumlar Birləşmiş Ştatlara Pekinlə danışıqlarda köməklik göstərir.
"Biz sanksiyaların ləğvindən danışmırıq. Biz onları əhəmiyyətli bir müddət ərzində saxlamağı düşünürük, çünki biz əmin olmalıyıq ki, saziş bağlayacağımız təqdirdə, Çin onlara riayət edəcək", - deyə Tramp bildirib.
O əlavə edib ki, Çin ilə ticarət sövdələşməsi barədə danışıqlar "yaxşı" irəliləyir.
Son xəbərlər
20:50
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Hadisə
20:41
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Region
20:24
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
Digər ölkələr
20:10
"Škoda Group" Bakıdan Qafqaz və Mərkəzi Asiya bazarlarını əhatə etməyi hədəfləyir
Sənaye
20:08
İbrahim Əzizi: ABŞ və bəzi region ölkələri İrandakı üsyançı qruplaşmaları dəstəkləyir
Region
20:01
Foto
Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib - YENİLƏNİB
Xarici siyasət
19:47
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib
Daxili siyasət
19:41
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib
Digər ölkələr
19:35
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
Fərdi