ABŞ Çernobıldakı AES-nin örtüyünün təmirinə 100 milyon dollar ayıracaq
- 29 aprel, 2026
- 21:07
ABŞ "Çernobıl" Atom Elektrik Stansiyasında (AES) yeni təhlükəsiz örtüyün təmirinə 100 milyon dollar ayıracaq.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal "Telegram" kanalında məlumat yayıb.
"Beynəlxalq Çernobıl Konfransı zamanı biz tərəfdaşlarla örtüyün bərpası üçün maliyyə ehtiyaclarını müzakirə etdik. Bu günə olan vəziyyətə görə bu, təqribən 500 milyon avro təşkil edir", - o yazıb.
Şmıqal Avropada radiasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə verdikləri töhfəyə görə ABŞ Dövlət Departamentinə, energetika naziri Kris Rayta, Kiyevdə fəaliyyət göstərmiş ABŞ-nin nümayəndə heyəti və administrasiyasına minnətdarlığını bildirib.
Xatırladaq ki, 2025-ci il fevralın 14-nə keçən gecə Rusiya dronu "Çernobıl" AES-nin təhlükəsizlik örtüyünü zədələyib. Konstruksiya kipliyini itirib və artıq lazımi rütubət səviyyəsini 40 %-dən aşağı saxlaya bilmir.
Bu il aprelin 26-da Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, örtüyün zədələri əvvəl düşünüləndən daha ciddi olub.