ABŞ Cənubi Koreyada THAAD RƏM kompleksləri yerləşdirir

ABŞ Cənubi Koreyada THAAD RƏM kompleksləri yerləşdirir Batareyaların komponentləri Osana hərbi bazasına çatdırılıb
Digər ölkələr
7 Mart , 2017 06:58
ABŞ Cənubi Koreyada THAAD RƏM kompleksləri yerləşdirir

Bakı. 7 mart. REPORT.AZ/ Birləşmiş Ştatlar Cənubi Koreyada THAAD raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə başlayıb.

"Report" xəbər verir ki, batareyaların komponentləri çərşənbə axşamı "C-17" tipli hərbi nəqliyyat təyyarəsi ilə Osanadakı bazaya çatdırılıb.

"Renxap"ın məlumatına görə, THAAD sistemləri Sondju qəzasında "Lotte" korporasiyasının köhnə qolf meydançasında yerləşdiriləcək.

İşlərin 1-2 aya başa çatdırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi