ABŞ BMT-nin maliyyələşdirilməsini azaldacaq
Digər ölkələr
- 24 avqust, 2018
- 08:02
Bakı. 24 avqust. REPORT.AZ/ "ABŞ BMT-nin maliyyələşdirməsini İnsan Hüquqları Şurasına (İHŞ) ödənişin məbləği qədərində azaldacaq".
"Report" "Kommersant"a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton deyib.
Onun sözlərinə görə, Vaşinqton BMT İHŞ və BMT Ali Komissarlığının illik xərcini hesablayacaq və təşkilata ümumi ödənişləri bu məbləğ qədər azaldacaq. Eyni zamanda, o, azalmanın məhz İHŞ-nin fəaliyyətinə təsir göstərəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, hazırda ABŞ BMT büdcəsinin 22%-ni ödəyir. ABŞ iyunun 20-də BMT İHŞ-dən çıxıb. Buna səbəb kimi şuranın Vaşinqtonun Yaxın Şərqdəki əsas müttəfiqi olan İsrailin siyasətini tənqid edən qətnamələr qəbul etməsi göstərilib.
Son xəbərlər
14:47
"Formula 1"ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Elm və təhsil14:45
Anar Quliyev: "Minatəmizləmə ərazi planlaşdırılmasının ayrılmaz hissəsidir"
İnfrastruktur14:43
Karluş Keyruş iyulda vidalaşdığı Qana millisinə qayıdıb
Futbol14:35
"Allianz Trade" Azərbaycana "yaşıl layihələr"də 22 illik maliyyə təklif edir
Maliyyə14:32
Azərbaycanda vahid kibertəhlükəsizlik platforması yaradılır
İKT14:30
"Bakı Metropoliteni" qatarların hərəkətində rəqəmsal idarəetmə sisteminə keçir
İnfrastruktur14:27
Qiymətləndiricilər artıq düzəliş əmsallarını təxmin etməyəcək
Biznes14:19
BMT ilə Azərbaycan arasında demokratiya və parlament fəaliyyəti mövzusunda müzakirələr aparılıb
Xarici siyasət14:16