ABŞ Avropaya 84 min tondan çox hərbi texnika tədarük edib
- 07 noyabr, 2022
- 02:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın sonuna qədər ABŞ Ukrayna da daxil olmaqla Avropa qitəsinə 84,1 min tondan çox hərbi texnika və avadanlıq tədarük edib.
“Report”un məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı məlumat yayıb.
Qeyd olunur ki, Nəqliyyat Komandanlığı Ukraynaya hərbi ləvazimatların çatdırılmasına yanvarın 21-dən başlayıb və bu gün də çatdırmaqda davam edir.
Belə ki, oktyabrın 30-na kimi komandanlıq Ukrayna da daxil olmaqla, Avropa qitəsinə silah, texnika və hərbi heyətin çatdırılması üçün 845 uçuş həyata keçirib. Həmçinin silah tədarükünə 47 gəmi, 114 qatar və 3,4 mindən çox yük maşını cəlb olunub.
Ümumilikdə ABŞ Avropaya 16 000-dən çox əsgər, 63 000-dən çox tank əleyhinə sistem, 966 500-dən çox artilleriya mərmisi, 68,2 milyondan çox odlu silah patronu, 202 artilleriya sistemi, 1,4 mindən çox zenit sistemi, 15 helikopter, 46 radar və 26 patrul kateri tədarük edib.