ABŞ Avropadan idxal olunan təyyarələrə rüsumları artırdı

Digər ölkələr
  • 15 fevral, 2020
  • 01:30
ABŞ Avropadan idxal olunan təyyarələrə rüsumları artırdı

ABŞ hökuməti martın 18-dən etibarən Avropa İttifaqından (Aİ) idxal olunan təyyarələrə tətbiq edilən rüsumların 5% artırılması barədə qərar qəbul edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ-ın ticarət danışıqlarında təmsilçisinin aparatı tərəfindən verilən açıqlamada yer alıb.

Qeyd olunub ki, rəsmi Vaşinqton Avropadan idxal edilən təyyarələrə rüsumları 10%-dən 15% -ə qədər artırıb. Bildirilib ki, müvafiq qərar cari ilin mart ayının 18-də qüvvəyə minəcək.

44 filmi