ABŞ altı ölkəyə süni ağciyər ventilyasiya aparatı verə bilər

ABŞ altı ölkəyə süni ağciyər ventilyasiya aparatı verə bilər ABŞ prezidenti Donald Tramp təxminən altı ölkənin liderlərilə Amerika istehsalı olan süni ağciyər ventilyasiya aparatlarının tədarükünün mümkünlüyünü müzakirə edib.
Digər ölkələr
20 Aprel , 2020 05:09
ABŞ altı ölkəyə süni ağciyər ventilyasiya aparatı verə bilər

ABŞ prezidenti Donald Tramp təxminən altı ölkənin liderlərilə Amerika istehsalı olan süni ağciyər ventilyasiya aparatlarının tədarükünün mümkünlüyünü müzakirə edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Ağ Evin lideri keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ-ın hazırda təxminən 10 min ədəd ehtiyat süni ağciyər ventilyasiya aparatı var.

“Biz ayrı-ayrı ştatların aparata olan ehtiyaclarını təmin etməklə yanaşı digər ölkələrə də kömək edəcəyik. Başqa ölkələrin liderləri ilə təxminən altı telefon danışığım baş tutub. Onların süni ağciyər ventilyasiya aparatına ehtiyacları var. İstehsal etmək çətindir, amma biz bunları etdik”.

Qeyd edək ki, Tramp bundan əvvəl bildirib ki, ölkəsi koronavirusun yayılmasına qarşı mübarizə üzrə tibbi yardım formasında İran və Rusiyaya süni ağciyər ventilyasiya aparatları verməyə hazırdır. Lakin, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Trampın təklifini rədd etmişdi. 

Son xəbərlər

Orphus sistemi