ABŞ-a səfərləri qadağan edilən dövlətlərin 21 vətəndaşı Fransada təyyarədən endirilib

ABŞ-a səfərləri qadağan edilən dövlətlərin 21 vətəndaşı Fransada təyyarədən endirilib Vaşinqtonun Berlindəki səfirliyi həmin dövlətlərin vətəndaşlarını viza ilə bağlı müraciət etməməyə çağırıb
Digər ölkələr
30 Yanvar , 2017 19:08
ABŞ-a səfərləri qadağan edilən dövlətlərin 21 vətəndaşı Fransada təyyarədən endirilib

Bakı. 30 yanvar. REPORT.AZ/ ABŞ-a səfərləri qadağan edilən dövlətlərdən olan sərnişinlər Fransada “France Air” hava şirkətinə məxsus təyyarənin göyərtəsindən düşürülüblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu gün belə sərnişinlərin sayı 21-ə çatıb.

Şirkət bu addımı beynəlxalq öhdəliyə uyğun olaraq atdığını bildirib.

RİA "Novosti”nin məlumatına görə, Vaşinqtnonun Berlindəki səfirliyi İraq, İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına ABŞ-a viza ilə bağlı sənədləri müvəqqəti olaraq təqdim etməkdən çəkinməyə çağırıb.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donlad Trampın yanvarın 27-də imzaladığı sənədə əsasən, İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşları 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmayacaqlar. 

Son xəbərlər

Orphus sistemi