ABŞ hakimiyyəti miqrantlar və ölkədən sığınacaq istəyən şəxslərdən DNT nümunələri toplayaraq onları cinayətkarların məlumat bazasına daxil etmək niyyətindədir.
“Report” un məlumatına görə, bu barədə “New York Times” ABŞ-ın Daxili Təhlükəsizlik Departamentindəki mənbələrinə istinadən yazıb.
Nəşrin bildirdiyinə görə, təklif qəbul edilərsə, bu, həmçinin ABŞ-ın xüsusi həbs yerlərində saxlanılan təxminən 40 min insana da şamil edilə bilər.
Bununla da, Federal İstintaq Bürosu tərəfindən idarə olunan məlumat bazası əhəmiyyətli dərəcədə genişlənəcək. Belə ki, əvvəllər yalnız ən az cinayət törətməkdə ittiham olunan insanlar haqqında məlumatlar toplanırdı.
Qəzet qeyd edir ki, DNT nümunələrinin toplanması proseduru həm qanuni sığınacaq istəyənlərə, həm də uşaqlara şamil ediləcək.